Ukrayna Premyer Liqasında çıxış edən daha bir futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər.
“Aleksandriya”nın yarımmüdafiəçisi Emil Mustafayevin ölkəmizdə oynamaq ehtimalı yaranıb. Bu ildən “Aleksandriya”nın əsas heyət üzvünə çevrilən U-21 yığmamızın üzvü ilə “Neftçi” danışıq aparır. Ancaq futbolçu Premyer Liqanın digər komandalarının da diqqət mərkəzində olduğundan “Neftçi”nin onunla anlaşması asan olmayacaq. Qeyd edək ki, “Aleksandriya”nın yetirməsi olan və 2021-ci ildən əsas komandada çıxış edən Emil Mustafayevin klubla müqaviləsi mövsümün sonuna qədərdir.